Vaqif Mustafazadənin Ev Muzeyi

Tədbir haqqında

Azərbaycan caz musiqisinin banilərindən biri, dahi pianoçu və bəstəkar Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş bu ev muzeyi 1989-cu ildə ictimai əsaslarla yaradılmış, 1994-cü ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərir. Muzey İçərişəhərdə — Vaqif Mustafazadə döngəsi, ev 4, mənzil 9 ünvanında yerləşir. Ekspozisiyada sənətkarın şəxsi əşyaları, pianosu, nadir fotoları, sənədləri və səs yazıları nümayiş olunur. Muzey həm Vaqif Mustafazadənin musiqi irsini yaşatmaq, həm də onun caz və muğam sintezinə verdiyi töhfələri geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyır.

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
Vaqif Mustafazadənin Ev Muzeyi Vaqif Mustafazadənin Ev Muzeyi

Məkan yeri
İçərişəhər, Vaqif Mustafazadə döngəsi, ev 4, mənzil 9