CS2 üzrə ölkənin ən prestijli liqası – BUTA LEAGUE Böyük Finalı ilə zirvəyə çatır! Aylarla davam edən mübarizənin son mərhələsində ən güclü iki komanda arenaya çıxaraq BO5 formatında (5 oyundan 3-ü qalib) qarşılaşacaq.
Maraqlı qarşılaşmalar, gərgin anlar və unudulmaz esports atmosferi sizi Stereo Hall-da gözləyir!
Tədbirin aparıcısı, verilişlər, mini müsabiqələr və sürprizlər də proqramda olacaq.